AZ

Tramp Cənubi Koreyada Si Cinpinlə görüşəcəyini istisna etmir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Pekinlə çətin ticarət əlaqələrinəbaxmayaraq, bu payızın sonunda Çin prezidenti Si Cinpinlə görüşəbiləcəyini ehtimal edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdəjurlanistlərə deyib.

"Mən orada olacam. Və düşünürəm ki, bəlkə görüş baş tutacaq", -deyə D.Tramp Ağ Evdə jurnalistlərə 2025-ci il oktyabrın 31-dənnoyabrın 1-dək Cənubi Koreyada keçiriləcək APEC sammitindəndanışarkən deyib.

Tramp həmçinin Çinə qarşı ixraca nəzarət tədbirləri tətbiq edəbiləcəyi barədə xəbərdarlıq edib.

"Mən daha çox tədbir görə bilərəm - bu, təyyarələrə,təyyarələrin ehtiyat hissələrinə aid ola bilər", - deyə o qeydedib. Xüsusilə, Tramp vurğulayıb ki, Çin fəal şəkildə "Boeing"şirkətindən təyyarə alır və "onların ehtiyat hissələrinə ehtiyacıvar".

Seçilən
16
az.trend.az

1Mənbələr