AZ

Silah-sursat zavodunda partlayış: ölənlər var

ABŞ-ın Tennessi ştatında hərbi partlayıcı zavodunda güclü partlayış baş verib. Bir neçə nəfər həlak olub, ölənlərin dəqiq sayı açıqlanmayıb.

CBS News xəbər verir ki, bəzi şəxslərin harada olduğu məlum deyil. ABC News-un məlumatına görə, ən azı 13 nəfər hələ də itkin sayılır.

Partlayış “Accurate Energetic Systems” zavodunda baş verib və hadisənin səbəbi hələ məlum deyil. Təcili yardım xidmətləri fəsadların qarşısını almaq üçün çalışır. Fövqəladə hallar davam edən partlayışlar səbəbindən zavoda dərhal daxil ola bilmir.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr