Fransada sağ və sol müxalifət partiyalarının liderləri prezident Emmanuel Makronun 10 oktyabrda baş nazir postuna yenidən təyin etdiyi Sebastyan Lekornyuya etimadsızlıq səsverməsi elan etməyi planlaşdırırlar.
APA xəbər verir ki, sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella prezidentin qərarını pis zarafat, demokratik biabırçılıq və fransızların alçaldılması adlandırıb.
“Milli Birlik” əlbəttə ki, dərhal bu ümidsiz kollektivin etimadsızlığına səs verəcək. Onların mövcudluğunun yeganə səbəbi parlamentin buraxılmasından – yəni xalqdan qorxmaqdır”, - Bardella “X” hesabında yazıb.
“Milli Birlik”lə koalisiyada olan “Sağların Respublika Uğrunda İttifaqı” partiyasının rəhbəri Erik Syotti isə qısa və açıq şəkildə reaksiya verərək
“Etimadsızlıq”, – deyə yazıb.