AZ

Tramp Si Cinpinlə görüşdən imtina etmədiyini bildirdi

BAKI, 11 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək APEC sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdən imtina etməyib, lakin görüşün baş tutacağına da əmin deyil.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən danışıb.

“Xeyr, mən görüşü ləğv etməmişəm. Amma görüşün baş tutub-tutmayacağını bilmirəm. Hər halda mən orada olacağam, deməli, düşünürəm ki, görüş keçirilə bilər,” – Tramp bildirib.

ABŞ lideri həmçinin Çinin nadir torpaq elementlərinin hasilatı və ixracına dair yeni qərarlarını “şokedici” adlandırıb.

“Onlar bununla dünyanı təəccübləndirdilər. Heç kim bundan xəbərdar deyildi. İxrac və idxal barədə tamamilə yeni bir konsepsiya təqdim etdilər,” – deyə Tramp qeyd edib.

Seçilən
22
teleqraf.com

1Mənbələr