AZ

Federasiya Fabreqasla bağlı bu qərarı verdi

İtaliya Futbol Federasiyası A Seriyasının 5-ci turunda “Kremoneze” ilə oyundan (1:1) sonra “Komо” klubunun baş məşqçisi Sesk Fabreqas və hücumçu Xesus Rodriqesin cəzalarına qarşı verdiyi apellyasiyanı rədd edib.

Publika.az xəbər verir ki, Rodriqes üç oyunluq, Fabreqas isə iki oyunluq diskvalifikasiya alıb və əlavə olaraq cərimələnib.

19 yaşlı ispaniyalı futbolçu 82-ci dəqiqədə rəqiblə insidentə görə meydandan qovulub. Fabreqas isə hakimlə mübahisəyə girdiyi üçün cəzalandırılıb.

Seçilən
9
37
publika.az

10Mənbələr