AZ

Premyer Liqa təmsilçisi sabiq müdafiəçisini geri qaytardı - RƏSMİ

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər" Rauf Hüseynlini heyətinə qatıb.

25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Rauf ötən mövsümü də "Kəpəz"də keçirib. Bu müddətdə 27 çempionat matçında meydana çıxaraq, 2 qol vurub və 2 assist edib.

Seçilən
11
2
sportinfo.az

3Mənbələr