AZ

DÇ-2026: Fransa - Azərbaycan oyununda üçüncü qol vurulub - YENİLƏNİB 4

Bakı, 11 oktyabr, AZƏRTAC

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa – Azərbaycan oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüşün 84-cü dəqiqəsində rəqibin heyətində Florian Tauvin fərqlənib.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

00:18

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüşün 69-cu dəqiqəsində rəqibin heyətində Adrien Rabyo diqqət mərkəzində düşüb.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

23:49

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüşün ilk yarısından sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

23:37

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, rəqib “Park de Prens” stadionunda oynanılan görüşün fasiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.

Qolu 45+2-ci dəqiqədə Kilian Mbappe vurub.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

Seçilən
5
5
azertag.az

10Mənbələr