AZ

İsrail ordusu Qəzzadan çəkilməyə başladı

İsrail ordusu HƏMAS ilə əldə olunan atəşkəs razılaşmasına əsasən Qəzzadan çəkilməyə başlayıb. Metbuat.az xəbər verir ki, tanklar dağıdılmış yollardan istifadə edərək qismən geri çəkilib. Xan Yunisdə İsrail əsgərlərinin bir hissəsinin sərhəddən geri çəkildiyi bildirilsə də, ərazidən artilleriya atəşi eşidilib. Qəzzanın mərkəzindəki Nusiraat düşərgəsində əsgərlər mövqelərinin bir hissəsini dağıdaraq şərqə doğru çəkiliblər. Eyni zamanda sahil yolunda olan İsrail əsgərləri Qəzza şəhərinin girişindən geri çəkilib. Xilasetmə qrupları əvvəllər əlçatmaz ərazilərə girməyə başlayıb.

Qeyd edək ki, razılaşmaya əsasən İsrail ordusu Qəzzanı tərk etməlidir.

Seçilən
4
metbuat.az

1Mənbələr