İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.
Rekord.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Milan”ın çalışdırıcısı Massimiliano Alleqridir.
58 yaşlı mütəxəssisə mükafat 19 oktyabrda keçiriləcək “Milan” - “Fiorentina” matçından əvvəl təqdim olunacaq.
Qeyd edək ki, “Milan” ötən ay A Seriyasında keçirdiyi 3 oyunun hər birini qələbə ilə başa vurub.