AZ

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazanıb

Azərbaycanın yeniyetmə parapauerliftinqçisi İlhamiz Məmmədov (107 kq) Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 2 gümüş medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 16 yaşlı idmançı ümumi qaldırmada üç hərəkətin cəmində 185 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həmçinin ən yaxşı qaldırmada 95 kq nəticə ilə gümüş medala sahib çıxıb.

Seçilən
14
3
90deqiqe.az

4Mənbələr