AZ

Azərbaycan şahmatçıları Ermənistan millisinə qalib gəliblər

Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında Azərbaycan şahmatçıları Ermənistan millisinə qalib gəliblər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, qitə turnirində VI turun partiyaları keçirilib.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5:1.5 hesabıyla qalib gəlib.

VI turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.

Qadın şahmatçılardan ibarət komandamız da VI turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə başa vurub. 3:1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.

Qeyd edək ki, sabah Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.

Seçilən
4
45
nocomment.az

10Mənbələr