ain.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək APEC sammiti çərçivəsində Çin sədri Si Szinpinlə görüşməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Tramp özü sosial şəbəkə hesabında yazıb.
“İki həftə sonra Cənubi Koreyada keçiriləcək APEC sammitində Si ilə görüşməli idim. Lakin indi görünür ki, bunu etməyə səbəb yoxdur”, – bunu Tramp Pekinin nadir torpaq elementlərinin hasilatı və emalı ilə bağlı atdığı yeni addımları şərh edərkən bildirib.
Qeyd edək ki, daha öncə Trampla Szinpinin Cənubi Koreyada görüşəcəyi xəbəri yayılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.