AZ

Avropa çempionatı: Azərbaycan şahmatçıları Ermənistana qalib gəliblər

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçıları ilə qarşılaşıblar.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabı ilə qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçə oynayıblar. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.

Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə ilə bitiriblər. 3-1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.

Seçilən
3
45
demokrat.az

10Mənbələr