Ermənistan Antikorrupsiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarqsyan barəsindəki qətiimkan tədbirini qüvvədə saxlasa da, onun ölkədən çıxış qadağasını ləğv edib.
Azreform.info xəbər verir ki, bu barədə "Report" Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məhkəmə iclasının əvvəlində müdafiə tərəfi vəsatət verib. Dövlət sirri sayılan məlumatlar tələb olunduğu üçün işə bağlı qapılar arxasında baxılıb.
Yalnız dinləmələrdən sonra ölkədən çıxış qadağasının götürüldüyü aydın olub.