AZ

Maşını arxaya verən vəsiqəsiz qadın sürücü 5 nəfəri vurub qaçdı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sürücülük təcrübəsi olmayan qadın piyadaları vurub. Avtosfer.az xəbər verir ki, Braziliyada baş verən hadisənin görüntüləri kameraya düşüb. Sürücülük vəsiqəsi və təcrübəsi olmayan qadın avtomobili arxaya verərkən mağazanın qarşısında dayanan 5 nəfəri vurub. Piyadaların səsini eşidən qadın sürücü avtomobili qabağa sürüb və bu dəfə də bordürə vurub. O, daha sonra oradan qaçıb. Hadisəni törədən qadını tanıyan şahidlərin sözlərinə görə, onun avtomobil idarə etmək üçün sürücülük hüququ olmayıb və eyni zamanda təcrübəsiz olub.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr