AZ

“Neftçi” ilə oyundan sonra təklif gözləyirmiş: “BNlə məsləhət görübsə…”

“Karvan-Yevlax”ın qapıçısı Kamran İbrahimov Azərbaycan millisindən dəvət gözləyirmiş.

Onu bu həvəsə “Neftçi”ylə oyunun qolsuz başa çatması salıb.

26 yaşlı qapıçı Premyer Liqanın 6-cı turunda “ağ-qaralar”a Bakıda baş tutan qarşılaşmada möhtəşəm seyvlərlə yadda qalmış, komandasının meydanı 1 xalla tərk etməsinin əsas səbəbkarı olmuşdu.

Lakin millinin baş məşqçisi Ayxan Ababsovun açıqladığı siyahıda İbrahimova yer tapılmadı.

Kamran Sportinfo.az-a verdiyi açıqlamada yığma komandaya dəvət almaq üçün əlindən gələni edəcəyini gizlətməyib:

“Açığı, millidən təklif gözləyirdim. Baş məşqçi Ayxan Abbasovun qərarına hörmətlə yanaşıram.

Belə məsləhət görübsə, deməli, belə məsləhətdir. Azərbaycan millisinin şərəfini qorumaq hər bir futbolçunun arzusudur.

Yığmanın formasını geyinmək qürurvericidir. Bundan sonra əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

“Neftçi”nin yetirməsi olan Kamran İbrahimov aşağı yaş qruplarından ibarət millilərin şərəfini qoruyub, U-21-də 15 oyun şans qazanıb.

HƏBİB

Seçilən
6
sportinfo.az

1Mənbələr