AZ

DÇ 2026: Qazaxıstan Lixtenşteyni darmadağın edib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstan - Lixtenşteyn matçına yekun vurulub.

İdman.Biz bildirir ki, komandalar Astanadakı “Astana Arena”da qarşılaşıblar.

26-cı dəqiqədə Qazaxıstan yığmasının hücumçusu Qalimjan Kenjebek hesabı açıb. 28-ci dəqiqədə yarımmüdafiəçi Baktiyor Zainutdinov hesab arasəndakı fərqi artırıb. 59-cu dəqiqədə Kenjebek ikinci qolu vurub. 81-ci dəqiqədə müdafiəçi Alibek Kasım Qazaxıstanın 4-cü qoluna imza atıb – 4:0.

Qazaxıstan altı oyundan altı xalla J qrupunda dördüncüdür. Lixtenşteynin xalı yoxdur və beşinci yerdədir. Qrupa 5 oyundan 11 xalla Şimali Makedoniya başçılıq edir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
icma.az

2Mənbələr