Çikaqolu ailə 10 ildən sonra itmiş itinə qovuşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News yazıb. Pudle-doodle qarışığı olan Pit 2015-ci ildə sahibləri Çikaqoda yeni evə köçərkən yoxa çıxmışdı.
Uzun axtarışlardan və illərlə gözlədikdən sonra sahiblər ev heyvanının başqaları tərəfindən götürüldüyünü fikirləşdilər. Amma kişi bir gün yenidən görüşəcəkləri fikrindən vaz keçmədi.
“Dostlarıma dedim ki, sağdırsa, əminəm ki, onu yenidən görəcəyəm. Onlar mənə güldülər, amma hiss etdim ki, yenidən görüşəcəyik”, - deyə kişi bildirib.
2025-ci ilin sentyabr ayının sonlarında kişiyə ev heyvanlarının mikroçiplərinin qeydiyyatı şirkətindən zəng gəlib və ona Pitin Çikaqodan təxminən 40 kilometr aralıda, İndiana ştatının Hammond şəhərində tapıldığını bildirib.
Polis küçədə gəzən iti görüb və onu yerli sığınacağa aparıb, mikroçip tez sahibini müəyyənləşdirib.
"Biz sadəcə bir-birimizə baxdıq və dərhal anladıq - bəli, o idi və o, məni xatırladı" - amerikalı deyir.
Ev heyvanının qayıdışını qeyd etmək üçün kişi şənlik təşkil etdi.
"Sanki heç itməmişdi. Qalan yerdən davam etdik", - deyə ev sahibi şərh edib.