AZ

İqor Ponomaryov: “Desək ki, mübarizə apararaq xal götürəcəyik, yalan və absurd olar”

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün DÇ-2026 seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. Azərbaycan seçməsi səfərdə Fransanın qonağı olacaq.

Qarşılaşma ilə bağlı sport1.az-a yığmamızın sabiq baş məşqçisi İqor Ponomaryov açıqlama verib.

O bildirib ki, Fransa seçməsinin gücü, səviyyəsi və FİFA reytinqindəki yeri bəllidir: “Eləcə də “xoruzlar”in həyətindəki futbolçular performansı da göz qabağındadır. Desək ki, mübarizə apararaq xal götürəcəyik, yalan və absurd olar. Buna rəğmən döyüşmək və nəticəyə köklənmək lazımdır. Nə olmasından asılı olmayaraq həmişə Azərbaycan seçməsindən yaxşı nəticə gözləmisik. Hazırda ölkəmizin əsas komandasinin sükanı arxasında yeni nəfəs var, Ayxan Abbasov yığmamızi ikinci oyununa çıxarır. Düşünür və inanıram ki, onun rəhbərliyi altında millimiz son saniyəyə kimi xarakter göstərərək döyüşəcək”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr