AZ

Onkoloji problemlə bağlı əməliyyat olunan şəxs həkimdən narazıdırVİDEO

Sinəsindəki şişlərə görə əməliyyat olunan qadın bir müddət sonra həmin kistaların götürülmədiyini öyrənib.

Sağlamlığında yaranan problemlə bağlı həkimə müraciət edən qadına təcili əməliyyat olunmaq tövsiyə edilib. Amma əməliyyat olunsa da, problemləri bitmək əvəzinə səhhəti daha da ağırlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakini Maya Nəbiyeva həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

O, yaranmış problemlə bağlı həkim-onkoloq Pərvin Ələkbərovanı ittiham edir.

Şikayətçi iddia edir ki, əməliyyatdan sonra həkim ona süd vəzinin tamamilə götürüldüyünü bildirib. Amma zaman keçdikcə ağrıları şiddətlənən qadın yenidən həkimlərə müraciət edib. Bu dəfə öyrəndikləri onu dəhşətə gətirib.

Dediyinə görə, bundan sonra onu əməliyyat edən həkim-onkoloq Pərvin Ələkbərovaya müraciət edib. Həkim deyilən ittihamların heç birini qəbul etməyib.

Səsləndirilən iddialarla bağlı biz də həkim-onkoloq Pərvin Ələkbərova ilə telefon əlaqəsi saxladıq. Onun səsləndirilən iddialara cavabı belə oldu: “Burada heç bir problem yoxdur. Hər biri normaldır, əməliyyat olunub, sağalıb. Toxumaların 90 faizini təmizləmişik, yenidən kistalar, fibrozlar yarana bilər, normaldır. İçinə implant da qoymuşuq- ağrılar, hər bir yaranan şeylər normaldır, heç bir problem yoxdur”.

Şikayətçi Maya Nəbiyeva üzləşdiyi problemlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
12
6
xezerxeber.az

7Mənbələr