Sea Breeze
Sumqayıt Dövlət Universitetində “Holberton School” şəbəkəsinin rəhbəri Florian Bucher, “Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Nigar Camalova ilə görüş keçirilib.Görüşdə universitetlə “Holberton School” arasında əməkdaşlıq istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov qonaqları salamlayaraq Sumqayıt Dövlət Universitetinin fəaliyyət istiqamətləri, son illərdə həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri, informasiya texnologiyaları sahəsində görülən işlər və tətbiq olunan yeni tendensiyalar barədə ətraflı məlumat verib. Daha sonra Florian Bucher və Şəmsi Bayramzadə “Holberton School” şəbəkəsinin fəaliyyəti, təklif olunan təhsil proqramları, tətbiq edilən müasir tədris texnologiyaları və təlim modelləri barədə geniş təqdimatla çıxış ediblər.Qeyd olunub ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Holberton School” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Holberton School Azerbaijan” layihəsi proqramlaşdırma və informasiya-kommunikasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən gənclər və mütəxəssislər üçün nəzərdə tutulmuş müasir təhsil modelidir.2016-cı ildə təsis edilmiş “Holberton School” hazırda Azərbaycan da daxil olmaqla 20 ölkədə 35 filial ilə fəaliyyət göstərən beynəlxalq təhsil şəbəkəsidir.Məktəb müasir texnologiyalar sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını hədəfləyir və bu məqsədlə innovativ tədris metodlarına – layihə əsaslı öyrənmə və tələbələr arasında bilik mübadiləsinə əsaslanan peer-to-peer learning yanaşmasına əsaslanır.
Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX