AZ

Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı - İki il sonra

Azərbaycan Yüksəliş Partiyasının sədri (ləğv edilib-red) Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq belə qərar qəbul edib.

Yeni qərarla iş üzrə istintaq yenilənib. Anar Əsədliyə 178.3.2-ci ( dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Onun vəkili Hikmət Əliyev saytımıza məlumatı təsdiq edib.

Xatırladaq ki, Anar Əsədli 2023-cü ilin mayında ev dustaqlığına buraxılmışdı. Bundan sonra cinayət işinə xitam verilmişdi.

“Cebheinfo.az”

Seçilən
9
10
cebheinfo.az

10Mənbələr