AZ

Bakıda gecəyarısı iki gəncin mübahisəsi cinayətlə nəticələndi

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Sabunçu rayonunda 2007-ci il təvəllüdlü Səbuhi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elmara (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, o, yaşadığı ünvanın qonşuluğunda yerləşən yarımtikili qarajdan dəmir  və taxta parçaları götürən zərərçəkmiş Elmar və istintaqa adı məlum olmayan şəxsin oğurluq etməklərindən şübhələnib. Təqsirləndirilən şəxs onlardan gecə saatlarında qonşusunun qarajında nə etdikləri ilə maraqlanıb. Bu zaman Elmar və yanında olan şəxs ona aqressiv qarşılıq verməklə dəmir parçası ilə onu hədələyərək üzərinə gəliblər. Səbuhi zərərçəkmiş şəxsin sifətindən qəsdən yumruq zərbəsi ilə vurub. Sonra isə zərərçəkənin əlindən aldığı dəmir parçası ilə iki dəfə onun qarın nahiyəsindən qəsdən vurub. Ona ağır dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ilin iyul ayında dayısının evində olan zaman, əsgər gedən dostu ona görüşüb, evdə çay içməyi təklif edib: “Biz evə gedən zaman 3 nəfərin qarajda dayandığını  gördüm və nə baş verdiyini anlamaq üçün həmin qonşunun həyətinə yaxınlaşdım. Qonşunun qarajında dayanan şəxslər işlərinin olduğunu və bizə getməyi dedilər. Daha sonra sözlərimiz çəpləşdi. Həmin şəxslərdən biri ilə dava etməyə başladım”.Təqsirləndirilən şəxs bildirib ki, hadisə onların məhəlləsində, lakin onların deyil, qonşularının həyətində baş verib: “Hadisənin baş verdiyi həyət qazinin həyəti olub. Həmin şəxs maşın ustası olub, həyətində maşın düzəltmək üçün servisi var. Üç nəfər şəxs həmin qarajda dayanmışdı. Mən də həmin şəxslərin oğurluq etmək məqsədi ilə orada olduqlarını zənn etdim. Elmara yaxınlaşaraq orada nə etdiklərini soruşdum. Mən yaxınlaşan zaman Elmar orada tək olub, mənim yanımda isə dostum İlqar var idi. Mən Elmar adlı şəxsi tanımamışam, uzaqdan-uzağa görmüşəm. Ondan orada nə etdiyini soruşdum. O, da işinin olduğunu dedi, mənim getməyimi istədi. Mən qonşumun həyəti olduğunu, gecə yarısı orada nə işi olduğunu soruşdum. Zərərçəkmiş şəxs  bu sualıma aqressiv cavab verdi, qışqıraraq məni vurdu və getməyimi tələb etdi. Mən də qarşılıq olaraq həmin şəxsi yumruqla vurdum”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elmar dəmir parçası çıxarıb, onu dəmirlə vurub: “Mən də dəmir parçasını Elmarın əlindən aldım və bir dəfə həmin şəxsi vuraraq kənara atdım. Həmin il 11-ci sinifdə oxumalı olmuşam. Lakin 9-cu sinifdən məktəbdən çıxmışam. Atam çayçı işləyir, mən də ona kömək edirəm”. İş üzrə zərərçəkmiş qismində ifadə verən Elmarın sözlərinə görə, gecə saatlarında narkotik vasitə almaq üçün başqa bir şəxsin həyətinə girib: “Mən bu hadisənin baş verməsində təqsiri özümdə görürəm. Mən başqa şəxsin həyətinə girmişəm. Həmin zaman pul verib, narkotik vasitəni gətirmələrini gözləmişəm. Təqsirləndirilən şəxs mənə yaxınlaşanda sözlərimiz düz gəlmədi və hadisə baş verdi”.Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
demokrat.az

2Mənbələr