ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə “Qadağan olunmuş maddələrdən istifadə” ittihamı ilə məşhurları hədəf alan əməliyyatda saxlanılan və daha sonra sərbəst buraxılan aktrisa Birce Akalay ilk açıqlamasını verib.
Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birce Akalay yaşadıqlarının ona mənfi təsir etdiyini bildirib.
“Həyatım boyu başımı aşağı salacaq bir şey etməmişəm. Sevgiləri və inancları ilə zəng edən, mesaj yazan, varlığını xatırladan bütün dostlarıma, iş yoldaşlarıma, sevdiklərimə təşəkkür edirəm. Bu hadisə məni çox üzdü, amma yaxşıyam, həmişə də belə qalacağam”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.