AZ

​​​​​​​Ağstafa xəstəxanasında xəstə ikinci mərtəbədən yıxılaraq ölüb – YENİLƏNİB

Bu gün saat 00:15 radələrində Ağstafa rayonu Köçvəlili kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Pasiyentə dərhal tibbi yardım göstərilib və “Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət” diaqnozu təyin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 7-i 1979-cu il təvəllüdlü (kişi) şəxs xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib.

***

13:46

Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində qeydə alınıb.

Orada müalicə olunan, rayonun Köçvəlili kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev ikinci mərtəbəsindən yıxılıb.

Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
9
nocomment.az

10Mənbələr