Meyxanaçı Rüfət Nasosnu canlı efirdə əsəbiləşərək verilişi tərk edib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə aparıcı Zaur Nəbioğlunun verdiyi sualdan sonra baş verib. Məlumata görə, söhbət meyxanaçılar arasında bir məclisdə yaşanan pul qalmaqalından açılıb. Aparıcının bu mövzu ilə bağlı verdiyi sual Rüfəti qəzəbləndirib.
Əsəblərini cilovlaya bilməyən meyxanaçı bir müddət mübahisədən sonra efiri yarımçıq qoyaraq studiyanı tərk edib.
Verilişdə yaşanan hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.