Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib.DİN-in məlumatına görə, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar.
Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun əlavə olaraq rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
ZÜMRÜD