AZ

Mübariz Quliyev: Akademiyamızın 120 məzunu artıq tam peşəkar kimi fəaliyyət göstərə bilər

Bu günə qədər Turan Qastro Turizm Akademiyası 120 nəfər məzunu istehsalata təhvil verib.

Onlar aşpaz, barista və turizm agenti üzrə təhsil alıblar.

Musavat.com xəbər verir ki, AFN.az-a açıqlamasında Sumqayıtda fəaliyyət göstərən Turan Qastro Turizm Akademiyasının təsisçisi və direktoru Mübariz Quliyev deyib ki, “Məktəb-Sənaye Əməkdaşlığı Sumqayıt Modeli” çərçivəsində fəaliyyət göstərən akademiya şəhərdə işsizliyin azaldılması və xidmət sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək strateji layihə olaraq planlaşdırılıb.

O bildirib ki, akademiyada gənclərə öz seçimlərinə uyğun olaraq bir neçə ixtisas üzrə beynəlxalq standartlara uyğun peşə təhsili verilir: “Turan Qastro Turizm Akademiyasının əsas hədəfləri xidmət sektorunda məşğulluğun artırılmasına töhfə vermək, şəhərin gastroturizm potensialını inkişaf etdirmək, beynəlxalq standartlara uyğun təlim proqramları həyata keçirməkdir. Bugünlərdə akademiyanın İngiltərə mənşəli CTH (Confederation of Tourism & Hospitality) Teaching Centre statusunu qazanması da bizim üçün böyük uğur hesab edilir. Bu akreditasiya ilə artıq Azərbaycan turizm mütəxəssisləri Virgin Atlantic, IHG Hotels & Resorts, Sheraton kimi dünya turizm nəhəngləri ilə eyni standartlarda təhsil alır və beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib olur”.

Mübariz Quliyev əlavə edib ki, akademiya tələbələrinə zəmanətli təcrübə imkanları yaradır və məzunlarını birbaşa sektora hazırlayır.

Seçilən
6
1
musavat.com

2Mənbələr