AZ

Zəngəzur dəhlizi bölgə üçün həyati əhəmiyyət daşıyır - Rəşad Nəbiyev (FOTO)

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldəkeçirilən “Global Gateway Forum 2025” çərçivəsində təşkil olunanQara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak edib.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.

Bildirilib ki, paneldə çıxış edən nazir Azərbaycanın Avrasiyaməkanında artan geoiqtisadi rolu, nəqliyyat və rəqəmsallaşmasahəsində həyata keçirdiyi innovativ layihələr nəticəsindəölkəmizin Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumatdəhlizi, eləcə də rəqəmsal körpü kimi formalaşması istiqamətindəatılan addımlar barədə məlumat verib.

Rəşad Nəbiyev bildirib ki, infrastruktur sahəsində əldə edilənuğurlar təkcə milli deyil, eyni zamanda regional davamlılığa daxidmət edir. Nazir Bakı – Naxçıvan – Qars və Zəngəzur dəhlizlərininbölgədə dayanıqlı və çevik nəqliyyat bağlantısının qurulmasıbaxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Zəngəzur
Seçilən
15
8
az.trend.az

10Mənbələr