Süni intellekt və maşın öyrənməsi platforması olan “Red Hat OpenShift AI”da boşluq (CVE-2025-10725) aşkar edilib.
Bu barədə "APA-Economics"ə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Belə ki, platformada istifadəçi rollarının idarəedilməsi komponentində imtiyaz yüksəltmə boşluğu aşkarlanıb.
Boşluq nəticəsində adi istifadəçi səviyyəsində imtiyaz əldə etmiş kiberdələduz administrator səviyyəsində tapşırıqlar icra etmək imkanı əldə edə bilər.