AZ

PashaPay-in də tərəfdaş olduğu “Bakı Fintex Forumu 2025” baş tutdu

Bakı. Trend:

Azərbaycanın aparıcı fintex şirkətlərindən biri və Birekosisteminin üzvü olan PashaPay, 9 oktyabr 2025-ci iltarixində keçirilən “Bakı Fintex Forumu 2025” tədbirində platinumsponsor qismində iştirak edib. Forum Azərbaycan FintexAssosiasiyasının (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankıvə Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə baş tutub.Tədbirin əsas məqsədi fintex sektorunda beynəlxalq əməkdaşlığıngücləndirilməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstəkvermək olub.

PashaPay-in baş icraçı direktoru Samir Məmmədov forumun açılışpanelində çıxış edərək, fintexlərin Azərbaycan iqtisadiyyatınıngələcəyindəki mühüm rolunu vurğulayıb. O bildirib ki, fintexlərmaliyyə sisteminin müasir tələblərə uyğunlaşmasına şərait yaradır,istifadəçilərə rahat və innovativ həllər təqdim etməklə yenidavranış modellərinin formalaşmasına təkan verir.

Hazırda 4 milyondan çox istifadəçiyə xidmət göstərən PashaPay-ınəsas məqsədinin nəğdsiz iqtisadiyyata keçidi sürətləndirməkolduğunu qeyd edən Samir Məmmədov, fintexlərin maliyyəinklüzivliyinin artırılmasında həlledici rol oynadığını əlavəedib.

PashaPay-ın strateji prioritetlərindən biri süni intellekttexnologiyalarının m10 və Milliön brendlərində tətbiqidir. O,çıxışında bildirib ki, müasir ödəniş tətbiqləri təkcə maliyyə alətideyil, həm də istifadəçi dostu və həyat tərzinə uyğunlaşdırılmışplatforma kimi fəaliyyət göstərməlidir.

Samir Məmmədov çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasınınölkənin maliyyə və rəqəmsal ekosistemindəki önəmli rolunu qeydedərək, AzFina-ya üzv şirkətlərin sayının artmasının vacibliyinivurğulayıb.

Forum çərçivəsində təşkilatçılar tərəfindən PashaPay-a “ProudSponsor” mükafatı təqdim olunub. Bununla yanaşı, PashaPay-ın Fraudşöbəsinin müdiri Ramis Ramazanov “Fintexdə TəhlükəsizliyinGələcəyi: Fırıldaqçılıq, Kibertəhlükəsizlik və Dayanıqlılıq” adlıpanel müzakirəsinə moderatorluq edib.

Tədbirdə PashaPay-in Bir ekosistemə daxil olan m10 və Milliönbrendlərini təqdim edən xüsusi stend də nümayiş olunub və forumiştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

PashaPayhaqqında

PashaPay Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pulkisəsi və Milliön ödəniş terminalları vasitəsilə istifadəçilərəinnovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edənqabaqcıl fintex platformasıdır. Şirkət eyni zamanda, ölkədə nağdsızödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsindəinnovasiyaların genişlənməsini prioritet istiqamət kimimüəyyənləşdirib. www.pashapay.az

PashaPay-in
PashaPay-in
PashaPay-in
PashaPay-in
PashaPay-in
Seçilən
22
4
az.trend.az

5Mənbələr