AZ

Britaniya universitetlərinin qlobal reytinqi son on ilin ən aşağı səviyyəsinə enib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

London, 10 oktyabr, AZƏRTAC

Britaniya universitetləri “Times Higher Education” (THE) jurnalının dünyadakı ali təhsil müəssisələrinin illik reytinqində son 10 ilin ən aşağı nəticəsini göstəriblər.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki. Böyük Britaniya ilk dəfə on il ərzində ilk 500 universitet arasında 50-dən az ali təhsil müəssisəsi ilə təmsil olunub. Bununla belə, Oksford Universiteti ardıcıl 10-cu il üçün reytinqdə dünyanın ən yaxşı universiteti adını qoruyub saxlayıb.

Ümumilikdə qlobal səviyyədə ilk yüzlükdə 11 Britaniya universiteti yer alıb. Lakin ümumi göstəricilər üzrə Böyük Britaniya ən çox təmsil olunan ölkələr siyahısında ABŞ, Hindistan və Yaponiyadan sonra dördüncü yeri bölüşüb. Bildirilib ki, Böyük Britaniyada son iki ildə reytinqə daxil olan 105 universitetdən 27 faizi siyahıda aşağı düşüb, yalnız 12 faizi isə nəticələrini yaxşılaşdırıb.

Orta göstəricilərdə cüzi artım qeydə alınsa da, bir sıra nüfuzlu ali məktəblər, o cümlədən London İqtisadiyyat və Siyasi Elm Məktəbi (52-ci yer) və Uorvik Universiteti (122-ci yer) tarixlərindəki ən aşağı mövqelərinə geriləyiblər.

Jurnalın məlumatına görə, bu nəticələr araşdırma keyfiyyəti, tədris standartları və universitetlərin sənaye tərəfdaşlıqları kimi göstəricilər əsasında, milyonlarla elmi məqalə və on minlərlə sorğu məlumatı üzərində aparılan analizlərə əsaslanır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azertag.az

2Mənbələr