Türkiyə hərbçiləri Qəzza zolağında sülhün təmin edilməsi üzrə istənilən tapşırıqda iştirak etməyə hazırdırlar.
Moderator.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, bunu Türkiyənin Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürk bəyan edib.
O, Türkiyə hərbçilərinin Qəzza üzrə xüsusi işçi qrupunun fəaliyyətinə qoşulub-qoşulmayacağı ilə bağlı suala cavab olaraq bildirib ki, Silahlı Qüvvələr sülhün təmin edilməsi üzrə istənilən tapşırığa hazırdır.