“Tomahavk”ların Kiyevə mümkün tədarükünə cavabımız hava hücumundan müdafiə sistemimizi gücləndirməkdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə çıxışında deyib.
“Bir zamanlar elan etdiyimiz yeni silahlarla bağlı xəbərləri tezliklə bildirmək imkanımız olacaq. Sınaq yaxşı gedir. Tezliklə yeni silahları elan edəcəyik”, - Putin bildirib.