Redaktor.az saytına istinadən ain.az xəbər verir.
"Görüş çoxdan gözlənilirdi. Çünki Azərbaycanla Rusiya arasındakı problemlər və ziddiyyətlər kifayət qədər çox nüansa söykənir. İndiki vəziyyətdə Rusiya öz cinayətini müəyyən qaydada etiraf etdi".
Bu fikirləri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezdidenti Vladimir Putinin ötən gün baş tutan görüşündən danışarkən bildirdi.
"Bizə vacib olan, hüquqi məsuliyyət daşıması, təzminat verməsi və təbii ki, üzr istəməsidir. Bunlar hələ ki, bitən proses deyil. Bizə bundan sonra ticari-iqtisadi münasibətlər üzərindən qalan və heç vaxt pozulmayan münasibətləri inkişaf etdirmək vəzifəsi düşür. Bu, daha çox Rusiyanın üzrü ilə, eyni zamanda kompensasiyası ilə baş verəcək prosesdir. Gedişatın sonrakı mərhələsində Rusiya bu günə qədər Azərbaycanla kəskinləşən münasibətlər fonunda Azərbaycana qarşı başlatdığı informasiya savaşını dayandırmalıdır. Azərbaycanlıların incidilməsinin qarşısı alınmalıdır və bu proseslər hamısı göstərir ki, Rusiyanın Azərbaycanla bağlı atacağı kifayət qədər geniş həcmli işlər qabaqdadır", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.