Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaqda yeni detallara yer verilib.
OLAY yazır ki, DNT ekspertizasının nəticələrinə əsasən, mərhum sənətçinin dırnaq aralarında yalnız özünə məxsus izlər aşkarlanıb. Hər hansı başqa bir şəxsə aid iz müəyyən olunmayıb.
Bu nəticə, Güllünün yıxılmadan əvvəl hər hansı bir fiziki qarşıdurma və ya zorakı müdaxilə yaşamadığını göstərir.
Hazırda istintaq araşdırmaları davam etdirilir.