AZ

Deputat çıxışını bitirən kimi zaldakılar bu mahnını oxudu - Spiker sessiyanı dayandırdı

Yeni Zelandiyada parlament iclasında gərgin anlar yaşanıb.

Publika.az xəbər verir ki, Maori Partiyasının deputatı Oriini Kaipara parlamentdə ilk çıxışını bitirən kimi zalda Maori xalq mahnısı (haka) ifa edilməyə başlanıb.

Qısa müddətdə bəzi deputatların və digər şəxslərin də ifaya qoşulması gərginliyə səbəb olub. Hadisəyə spiker Cerri Braunli dərhal müdaxilə edərək “Xeyr, bu qəbul edilmədi. Bizə belə bir nümayiş olmayacağı deyilmişdi” deyib.

Spiker hadisəni parlament qaydalarına hörmətsizlik kimi qiymətləndirib və məsələ ilə bağlı araşdırma başladıldığını açıqlayıb.

Seçilən
10
publika.az

1Mənbələr