ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Koreyanın (Koreya Respublikası) Daejeon şəhərindəki Milli İnformasiya Resursları Xidmətinin (NIRS) məlumat mərkəzində böyük yanğın olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yanğın tez bir zamanda server otağına keçib və yalnız ertəsi gün nəzarət altına alınıb.
Bu dövrdə dövlət işçilərinin sənədlərini və fayllarını saxladıqları "G-Drive" kimi tanınan hökumət bulud sistemi tamamilə çöküb.
Səlahiyyətlilər, litium-ion batareyaların partlaması ilə başlayan yanğında təxminən 858 terabayt (TB) dövlət məlumatının həmişəlik silindiyini açıqlayıb.
"Government Drive" kimi tanınan sistem hər bir dövlət qulluqçusuna 30 GB şəxsi yaddaş yeri təklif edirdi. Bununla belə, məlum olub ki, sistemin böyük ölçüsünə görə heç bir ehtiyat infrastrukturu quraşdırılmayıb və nəticədə bütün məlumatlar geri dönməz şəkildə silinib.
Yanğın zamanı ümumilikdə 96 informasiya sistemi tamamilə sıradan çıxıb. Digər sistemlərdən bəziləri onlayn və ya oflayn ehtiyat nüsxələrindən istifadə etməklə bərpa edilib.
Hökumətin məlumatına görə, təsirə məruz qalmış 709 şəbəkədən yalnız 193-ü bərpa edilib - bərpa nisbəti 27,2%-dir. Mütəxəssislər xəbərdarlıq edir ki, sistemin tam bərpası həftələr çəkə bilər.
Rəsmilər ictimai xidmətlərin dayandırılmasının qarşısını almaq üçün müvəqqəti sistemlərin tətbiq edildiyini açıqlayıb.
Hadisənin səhlənkarlıq ucbatından baş verdiyi iddia edilirş
Yanğında əli olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb, hərtərəfli araşdırmalara başlanılıb.
Billurə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.