AZ

Bütün proqnozlar alt-üst oldu - Qızılı belə kölgədə qoyan sərmayə vasitəsi

Qızıldan sonra ən çox izlənən qiymətli metal olan gümüş, 45 ilin rekordunu qıraraq tarixin ən yüksək səviyyəsinə çatıb.

Bizim.Media xəbər verir ki, gümüşün unsiyası 51,23 dollara qalxaraq bütün zamanların rekordu kimi qeydə alınıb. Gümüş ilin əvvəlindən bu yana 62% dəyər qazanıb. Dünən 2,10% artımla 48,84 dollar-a bərabər olub.

1980-ci ildəki 49,95 dollarlıq rekord rəsmi olaraq geridə qalıb.

Analistlərin fikrincə gümüşdəki sərt yüksəlişin səbəbləri:

- Sənaye və texnologiyadan gələn tələb artımı;

- Yaşıl enerji sistemlərində gümüşün əvəzsiz olması;

- İnvestorların "güvənli liman" axtarışı.

Gümüş yalnız qiymətli metal kimi deyil, həm də sənayedə strateji material kimi istifadə olunur. Bu da onu yalnız qızılın alternativi deyil, potensial olaraq daha sərfəli sərmayə halına gətirir. (Milli.az)

Bizim.Media

Seçilən
4
4
bizim.media

5Mənbələr