Yenisabah saytına istinadən ain.az xəbər verir.
Əməkdar artist Şəbnəm Tapdığı əsəbiləşdiriblər.
Yenisabah.az xəbər verir ki, “Xəzər axşamı” verilişində həmkarı Cəmilə onun kökəldiyini deməklə müğənninin "zəif damarı"nı basdalayıb:
“Mənə irad etdi ki, arıqlamışdın, niyə yenidən kökəlmisən? Dedim, kökəlmişəmsə, nə olub ki? Ekranda özümü görürəm, çox normalam. Haram kökdür?” Marqarita pizza
Aparıcı Mətanət Əliverdiyeva isə sənətçidən nənəsinin xüsusi pəhrizi barədə soruşub. Müğənni sualı belə cavablayıb:
“Bəli, nənəmin pəhrizi olub, amma bu barədə efirdə danışmaq istəmirəm. Mən o pəhrizə əməl etmirəm, etsəm, arıqlayaram. Amma ümumiyyətlə, kök və ya arıq olmağımın sənətimlə nə əlaqəsi var?! Gözəllik yarışmasında iştirak etmirəm ki, mütləq arıqlayım”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.