AZ

Ayxan Abbasov hansı klubları çalışdırıb? – ARAŞDIRMA

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasovun son illərdəki uğurlu performansı diqqət çəkir.

O, oynatdığı futbol və taktiki gedişləri ilə fərqlənməyi bacarır. Bəlkə də gənc çalışdırıcının son illərdəki yüksəlişinin əsas səbəbi də məhz budur.

Bəs Ayxan Abbasov kimdir?

O, futbolçu karyerası ərzində “Xəzri Buzovna”, “Şəfa”, “MOİK”, “Turan”, “İnter” və “Qarabağ” kimi klublarda oynayıb. Sabiq yarımmüdafiəçi adıçəkilən klublarda 224 dəfə meydana çıxıb. Ayxan Abbasov bu matçlarda 6 dəfə də qol vurmağa nail olub. Onun futbolçu kimi formasını ən çox geyindiyi klub “Qarabağ” olub.

Ayxan Abbasov Ağdam təmsilçisində 4 ildə 49 dəfə meydana çıxıb, 2 qol vurub. O, futbolçu kimi 2001-ci ildə “Şəfa”da, 2009-cu ildə isə “Qarabağ”da ölkə kubokunun qalibi olub. 44 yaşlı mütəxəssis baş məşqçi kimi isə “Zirə”, “Sumqayıt”, “Turan” və “Şamaxı” klublarını çalışdırıb. O, həmçinin Azərbaycanın U-21 yığmasını da çalışdırır. Hazırda isə futbol üzrə əsas milli komandamıza və “Şamaxı”ya rəhbərlik edir.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr