ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Avropa Komissiyası (AK) və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2-ci yüksək səviyyəli nəqliyyat dialoqu keçirib.
"Report"un Avropa Bürosunun AK-yə istinadən verdiyi məlumata görə, dialoqa nazir Rəşad Nəbiyevlə Avropa Komissiyasının mobillik və nəqliyyat üzrə baş direktoru Maqda Kopçinska rəhbərlik edib.
Tərəflər nəqliyyat sahəsinin rəqəmsallaşdırılması və davamlı inkişafına xüsusi diqqət yetirməklə bütün nəqliyyat növlərini əhatə edən gündəlik ətrafında müzakirə aparıblar.
Mərkəzi mövzu regional əlaqəlilik olub ki, bu da Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında körpü kimi strateji rolunu, eləcə də onun regionlararası əməkdaşlığın və ticarətin möhkəmləndirilməsində artan əhəmiyyətini əks etdirir.
Tərəflər rəqəmsallaşdırma və aviasiya daxil olmaqla, əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini təsdiq ediblər. Avropa Komissiyası və nazirlik yeni sahələrin tədqiqi, daha ekoloji və müasir nəqliyyatın irəli sürülməsi məqsədilə tərəfdaşlığı davam etdirmək niyyətindədir.
Davamlı nəqliyyat və turizm üzrə komissarı Apostolos Tsitsikostas bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan ikinci yüksək səviyyəli nəqliyyat dialoqunu keçirərək Avropa və Asiya arasında daha müasir, davamlı və əlaqəli nəqliyyat kommunikasiyaları qurmaq üçün ortaq ambisiyaları təsdiq ediblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.