AZ

Azərbaycan kuboku: İlk mərhələ başa çatdı

Futbol üzrə Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinə yekun vurulub.

Publika.az verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub. "Göygöl" evdə "Şəmkir"i (1:0), "Xankəndi" isə səfərdə "Quba"nı (2:1) üstələyərək mərhələ adlayıb.

Qeyd edək ki, ötən gün gerçəkləşən görüşlərin nəticəsində "Ağstafa Gəncləri", "Qaradağ Lökbatan", "Şəki Siti" "və "Dinamo" ikinci təsnifat mərhələsinə vəsiqə qazanmışdı.

Seçilən
19
publika.az

1Mənbələr