AZ

Qəzza sakinləri anklavın şimal hissəsinə qayıdırlar

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağı sakinlərinin təsdiq edilmiş marşrutlar üzrə şimala qayıda biləcəyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

SAXAL nümayəndəsi, polkovnik Avixay Adrai bildirib ki, Qəzzanın cənub hissəsindən zolağın şimalına və əksinə hərəkətə sahil yolu Raşid və Salah əd-Din şosesi üzrə icazə verilib. Yüzlərlə insan artıq bu yolla evlərinə qayıtmağa başlayıb.

SAXAL fələstinliləri hələ də İsrail ordusunun qüvvələrinin yerləşdiyi rayonlara yaxınlaşmamağa çağırıb.

Qoşunların qismən çıxarılmasından sonra İsrail Müdafiə Ordusu hazırda Qəzza zolağı ərazisinin yarısından bir qədər çoxuna nəzarət edir ki, bunun da böyük hissəsi şəhər ərazilərindən kənardadır.

Anklavda atəşkəs razılaşması Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib.

Seçilən
7
1
moderator.az

2Mənbələr