AZ

“Antalyaspor”un yeni baş məşqçisi məlum oldu

“Antalyaspor” klubunun yeni baş məşqçisinin adı məlum olub. Msport.az xəbər verir ki, Əmrə Beləzoğlu ilə yollarını ayıran Antalya təmsilçisi vakant posta Erol Bulutu gətirir.

Son olaraq “Qaziantep”də işləyən 50 yaşlı mütəxəssis iki illik fasilədən sonra Türkiyə Seper Liqasına dönür.

Onunla 2 illik müqavilənin bağlanması nəzərdə tutulur.

Erol Bulut “Yeni Malatyaspor” (2017-2019), “Alanyaspor” (2019-2020), “Fənərbaxça” (2020-2021), “Qaziantep” (2021-2023) və “Kardiff Siti” (2023-2024) komandalarına rəhbərlik edib.

Seçilən
32
msport.az

1Mənbələr