AZ

Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqaməti açıqlanıb

Moskva, 10 oktyabr, AZƏRTAC

G.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perendjiyev bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətidir.

AZƏRTAC “NEWS.ru” portalına istinadla xəbər verir ki, ekspert bu layihənin Moskva və Bakı üçün strateji əhəmiyyət kəsb etdiyini və hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirib. O, Azərbaycanın Rusiya üçün strateji tərəfdaş olduğunu, bir sıra birgə təşəbbüslərdə iştirak etdiyini, o cümlədən Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas rol oynadığını vurğulayıb. Perendjiyev qeyd edib ki, marşrut yükdaşıma məsafələrini azı yarıya qədər azaldır, eyni zamanda, dəniz marşrutları ilə müqayisədə konteynerlərin daşınması xərclərini aşağı salır.

Ekspert əlavə edib ki, “Şimal-Cənub” dəhlizi Rusiya və İrandan keçən üç qərb dəhlizi ilə kəsişən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlıdır. Onun fikrincə, Azərbaycan təkcə Rusiya ilə deyil, həm də ŞƏT ölkələri və MDB çərçivəsində əməkdaşlığı gücləndirməklə əlavə üstünlüklər əldə edəcək.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
6
1
azertag.az

2Mənbələr