Bakı. Trend:
Bu ilin 3-cü rübünün sonuna Milli Depozit Mərkəzində (MDM) mövcuddepo hesablarının sayı 173 865-ə çatıb.
Trend MDM-əistinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə16 943 vahid və ya 10,8% çoxdur.
Məlumata görə, depo hesablarının 99,1%-i və yaxud 172 226-sıfiziki şəxslərə, 0,9%-i və yaxud 1 639-u isə hüquqi şəxslərə məxsusolub.
Hesabat tarixinə MDM-də ümumilikdə 103 056 aktiv hesab olub ki,bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 5 525 vahidazdır.
Aktiv depo hesablarının 102 402-si fiziki şəxslərə, 654-ü isəhüquqi şəxslərə aid olub.