AZ

Bir birini bıçaqlayan dostların MƏHKƏMƏSİ: 7 il 10 ay 15 gün həbs VİDEO

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda tanışını öldürməyə cəhd edən şəxsə hökm oxunub.Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Nicat Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Nicat Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum olunub.Qeyd edək ki, Nicat Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib.Çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə həmin müddətli cəza təyin edilməsini istəyib.

Vəkil isə bildirib ki, müdafiə etdiyi şəxsin zərərçəkmişi öldürmək niyyəti olmayıb və aralarında barışıq əldə olunub.

O, Nicat Hüseynova aşağı həddə cəza verilməsini xahiş edib.Xatırladaq ki, ötən il sentyabrın 30-da DİN Xəzər rayonunda dava zamanı 2 nəfərin bıçaqlanması barədə məlumat yayıb.

Belə ki, ayın 29-u saat 20 radələrində Xəzər RPİ-nə Binə qəsəbəsində aralarında yaranmış münaqişə zamanı Nicat Hüseynovun və Zaur Sultanovun bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə məlumat daxil olub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilərək, həyatları xilas edilib.

Məlum olub ki, Nicat Hüseynov Zaur Sultanova bıçaqla 4 dəfə zərbə vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
lent.az

1Mənbələr