AZ

"Sumud" donanmasının 21 ölkədən 90-dan çox fəalı Türkiyəyə aparılıb

Daha əvvəl İsraildə saxlanılan 21 ölkədən olan 90-dan çox "Sumud" donanma fəalı cümə günü Türk Hava Yollarının xüsusi reysi ilə İordaniyadan Türkiyəyə aparılıb.

Ucnoqta.az-ın məlumatına görə, İstanbul Beynəlxalq Hava Limanından Habertürk televiziyası xəbər verir ki, onların arasında 18 Türkiyə vətəndaşı var.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli daha əvvəl 94 nəfərin İstanbula aparılmasının planlaşdırıldığını açıqlamışdı.

Türkiyə bundan əvvəl İsrail tərəfindən donanma missiyasında iştirak etdiyi üçün saxlanılan təxminən 120 vətəndaşını digər ölkələrin nümayəndələri ilə birlikdə vətənə qaytarmışdı.

Seçilən
6
ucnoqta.az

1Mənbələr