AZ

229 saylı məktəbdə 3 sinfə Milli Qəhrəmanlarımızın adı verildi

Missiya.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

 Milli Qəhrəman Yuri Kovalyov adına Nizami rayon 229 saylı orta məktəbdə AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirmiş Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Hökumə Əliyeva, Aleksandr Kalyaninovun xatirələrinin əbədilləşdirilməsi üçün 3 sinif otağına onların adı verilib.

Missiya.Az xəbər verir ki, "Hər şey yaxşı olacaq" adlı açılışda Nizami rayon İcra hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının nümayəndələri, Türk Ağsaqqallar Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) üzvləri, şəhid ailələri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

 Nizami rayon İcra hakimiyyəti başçısının müavini Könül Həsənova çıxış edərək bildirib ki, Milli Qəhrəmanlarımız qəza zamanı sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərmişlər. AZAL-a məxsus sərnişin təyyarəsinin havada ciddi zərər görməsinə baxmayaraq, uçuş heyəti böyük şücaət göstərərək mümkün qədər az itki ilə təyyarəni idarə edə biliblər. 

229 saylı məktəbin direktoru Vüsalə Məmmədova, TAİB İdarə Heyətinin üzvü Mübariz Süleymanlı,Milli Qəhrəmanların ailə üzvləri və digər çıxış edənlər bildiriblər ki, bu gün sinif otaqlarına Milli Qəhrəmanlarımızın adlarının verilməsi olduqca təqdirəlayiq haldır. Bu onu göstərir ki, onların göstərdiyi qəhrəmanlığı xalqımız heç vaxt unutmur və unutmayacaq. Tədbir zamanı şagirdlərimiz Milli Qəhrəmanlarımıza həsr olunmuş müxtəlif şeirlər səsləndirib və onların həyatına həsr olunmuş videorolik izlənilib.

İlahə QənbərliMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
missiya.az

2Mənbələr